Modern.az

Əhməd Oruc: “Yeni birliyi xəlvətcə yaradıblar”

Əhməd Oruc: “Yeni birliyi xəlvətcə yaradıblar”

26 Noyabr 2013, 12:20

“Keçmiş Demokratik Qüvvələrin Məşvərət Məclisinin bir sıra üzvləri digərlərinə xəbər vermədən gizli şəkildə yeni bir təşkilat yaratdıqlarını elan etdilər”.

Bunu Modern.az-a açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. O, yeni yaranan Demokratik Qüvvələrin Birliyində (DQB) rəhbəri olduğu partiyanın təmsil olunmamasına münasibət bildirərkən qeyd edib ki, ümumiyyətlə bu birliyin yaranmasından məlumatsız olub.

“İclasımız olmuşdu, lakin həmin partiya nümayəndələri toplantıya gəlmədi. Məşvərət Məclisi həmin dövrdə Milli Şuranın Rusiyanın layihəsi olması ilə bağlı qərar qəbul etmişdi. Lakin sonradan yeni bir birlik yaratdılar və bizi ora dəvət etmədilər”.

Ə. Oruc bildirib ki, faktiki olaraq DQB fəaliyyət göstərmir. “Bu ideya sadəcə olaraq DQMM-nin fəaliyyətinə xitam verilməsi üçün ortaya atılmış fikir idi. Mənim özümə heç ondan sonra da müraciət etmədilər”.

Qeyd edək ki, bu ilin iyul ayında DQMŞ-nin fəaliyyətinə xitam verildikdən sonra AMİP-in təşkilatçılığı ilə Demokratik Qüvvələrin Birliyi (DQB) adlı yeni siyasi ittifaq yaradılıb. Bu ittifaqda müxalifət partiyalarından – Açıq Cəmiyyət Partiyası (ACP), Böyük Azərbaycan Partiyası (BAP), İslam Demokrat Partiyası (İDP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azərbaycan Liberal Partiyası (ALP) , Xalq Azadlıq Partiyası təmsil olunur.


Aqşin Kərimov
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?