Modern.az

Rəbiyyət Aslanova “Allah” sözünü brendə çevirən ilahiyyatçıya məsləhət verdi

Rəbiyyət Aslanova “Allah” sözünü brendə çevirən ilahiyyatçıya məsləhət verdi

Parlament

26 Noyabr 2013, 12:25


“Çox istərdim ki, o saytın adı başqa cür olsun”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. O, ilahiyyatçı Elşad Mirinin “Allah.az” adlı sayt yaratmasına münasibət bildirərkən qeyd edib ki, müqəddəs bildiyimiz bir subtansiyasının adı ilə sayt açmaq doğru deyil.

“Çünki bununla əlaqədar başqa bir ad da tapa bilərdi. Bildiyim qədər Elşad Miri ilahiyyatçıdır, ilahiyyat üzrə kitabları var. Amma “Allah.az” ifadəsi çox böyük cəsarət tələb edən insanların gözləntisinə o qədər də cavab verməyən bir addır. Saytın mahiyyəti ilə hələlik tanış deyiləm. Bu saytda çox istərdim ki, Azərbaycanda  dindarlaının din və dövlət  münasibətlərinin müsbət tərəfləri, Azərbaycanda dini, etnik tolerantlığın uğurları, Azərbaycanda dini qurumlar, dini konfesiyalar üçün yaradılan böyük şərait, Azərbaycanın dünyaya nümunə ola biləcək bir İslam modelinin müsbət tərəfləri öz əksini tapsın. İnanıram ki, həmin saytda bizim ilahiyyatçılarımız, elm adamlarımız, tədqiqatçılar öz sözlərini deyəcək. Bu şoudan, gərəksiz sensasiyalardan uzaq olan və hər bir kəsin daxil olarkən mənəvi rahatlıq tapacağı, İslam ehkamiyyatından, fəlsəfəsindən bu mürəkkəb mənəvi etik sisitemin incəliklərindən bəhrələndiyi bir sayt olacaq.”

Rəbiyyət Aslanovanın sözlərinə görə, Azərbaycan demokratik dövlətdir və hər bir vətəndaşın öz dini etiqadanı ifadə edən düşüncə azadlığı mövcuddur:

“Bu baxımdan hər hansı bir ilahiyyatçının,, Elşad Mirinin belə bir sayt açmasında təəccüblü heç nə yoxdur. Amma sayt açan hər bir insan böyük məsuliyyəti öz üzərinə götürdüyünü dərk etməlidir. Onun ünvanladığı informasiyanın konkret kimə ünvanlandığı, hansı məzmun, mahiyyət daşıdığı, milli maraq və mənafelərin nə qədər xidmət etdiyi, deyiləcək sözün cəmiyyətin informasiya təhlükəsizliyini təmin edəcəyi və bir sıra faktorlar var ki həmin o sayt sahibi bunları nəzərə almalıdır. Bu sözləri təkcə yeni yaranan sayta ünvanlamıram. Ümumiyyətlə, digər saytlarda da  bir aqressivlik yaradan, neqativ hisslərə, duyğulara yönəlmiş informasiyaları ötürən məlumatlar yayılır ki, bunlar ilk növbədə ötürdükləri informasiyanın səhihliyinə, dəqiqliyinə, obyektivlitinə, haradan qaynaqlandığına nəzarət  etməli və həmin informasiyanın mənəvi dəyərlər  prinsipinə cavab verməsi üçün məsuliyyət daşımalıdırlar.”.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...