Modern.az

Ukraynalılar sülh naminə ərazi güzəştinə nə deyirlər? - SORĞU

Ukraynalılar sülh naminə ərazi güzəştinə nə deyirlər? - SORĞU

23 İyul 2024, 17:22

Ukraynalıların əksəriyyəti sülh naminə ərazi güzəştinə hazır deyil.

 

Modern.az "The Insider"ə istinadən xəbər verir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sosioloji sorğunun nəticələri göstərir.

 

Respondentlərin 55 faizi hadisələrin bu istiqamətdə inkişafının əleyhinə çıxıb. 73 faiz iştirakçı hesab edir ki, Rusiyadan tamamilə qopmaq, sərhədləri bağlamaq və bu ölkənin vətəndaşlarına viza verməmək lazımdır.

 

Sorğuya qatılanların yalnız 5 faizi o qənaətdədir ki, Rusiya Ukraynanın müstəqilliyinə toxunmadan onun "demilitarizasiya və denasifikasiya"sına nail olmaq istəyir. Bu tezisi Kreml təbliğatı irəli sürüb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri