Modern.az

ADY-dən fermerlərə mal-qara ilə bağlı TÖVSİYƏ

ADY-dən fermerlərə mal-qara ilə bağlı TÖVSİYƏ

24 İyul 2024, 12:16

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmiləri fermerlərə mal-qaranın dəmir yolundan keçirərkən heyvanlar üçün ayrılmış xüsusi keçidlərdən istifadə etmələrini tövsiyə edib.

 

Modern.az ADY-yə istinadən xəbər verir ki, qurum "Təhlükəsizlik həftəsi"ndə Hacı Zeynalabdin qəsəbəsində dəmir yolu yaxınlığında fəaliyyət göstərən fermerlərlə görüş keçirib.

 

Bildirilib ki, fermerlərə mal-qaranın dəmir yolundan keçirərkən heyvanlar üçün ayrılmış xüsusi keçidlərdən istifadə etmələri, qatarların intensiv qrafiki nəzərə alınmaqla onları dəmiryol ərazisinə nəzarətsiz buraxmamaları tövsiyə edilib.

 

Qeyd edilib ki, bu ilin 6 ayı ərzində qatarlar nəzarətsiz buraxılmış mal-qara ilə 19 dəfə toqquşub: "Bu hadisələr zamanı qatarlar ciddi zərər görür, nəzarətsiz buraxılan mal-qaranın sahibi isə qanunvericiliyə uyğun olaraq cərimələnir. Həmçinin hadisə nəticəsində heyvanlar tələf olur, maşinistin təcili tormozlaması nəticəsində sərnişinlər və qatar heyətinin həyatı təhlükə altına düşür, qatarların hərəkət qrafikində gecikmələr yaşanır".

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri