Modern.az

Rahim Hacıyev: “İanə marafonu “Azadlıq”ın durumunu dəyişməyib”

Rahim Hacıyev: “İanə marafonu “Azadlıq”ın durumunu dəyişməyib”

26 Noyabr 2013, 15:15

“Abunə kampaniyası davam edir. Çox təəssüf ki, borcumuz çoxdur. Borcumuzu ödəyəndən sonra belə “Azərbaycan” nəşriyyatına 12 min manat borcumuz qalıb”. Bunu Modern.az-a açıqlamasında “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib. “Qəzetin vəziyyəti ağır olaraq qalır. Çünki bank hesabı bağlıdır və məhkəmə bütün yayım strukturlarına bizə ödəniş etməyi qadağan edib”.

Qeyd edək ki, bir müddət əvvəl “Azadlıq” qəzeti nəşriyyata olan borcuna görə çapını dayandırmışdı. Qəzet bundan sonra ianə marafonu keçirtdi və nəticədə fəaliyyətini bərpa etdi.

 

  Misranə Həsənzadə  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur