Modern.az

İlham Əliyevin təltif etdiyi general KİMDİR... - FOTO

İlham Əliyevin təltif etdiyi general KİMDİR... - FOTO

Ölkə

24 İyul 2024, 15:20

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə general-leytenant Niyazi Xanbaba oğlu Hacıyevı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.

 

Modern.az-ın məlumatına görə, Niyazi Hacıyev uzun illər Azərbaycanın təhlükəsizlik orqanlarında yüksək vəzifələr tutub.

 

O, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi rəisinin müavini təyin edilib. 2003-cü ildə isə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini vəzifəsinə gətirilib.

 

Niyazi Hacıyeva 2002-ci ildə general mayor, 2005-ci ildə general-leytenant hərbi rütbəsi verilib. 

 

General-leytenant hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışır.

 

1366605

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi