Modern.az

Deputat: ““JEK”lərin özəlləşdirilməsi gündəmdə deyil”

Deputat: ““JEK”lərin özəlləşdirilməsi gündəmdə deyil”

26 Noyabr 2013, 16:18

İstəyirik ki, Mənzil-İstismar sahələrinin (MİS) funksiyaları bütünlüklə bələdiyyələrə keçsin”. Bu haqda Modern.az-a açıqlama verən deputat Tahir Rzayevin sözlərinə görə, MİS-lər öz səlahiyyətlərini itirməkdədir.

“Bu məsələni elə bu gün ekspertlərlə, bələdiyyə qurumları ilə müzakirə etdik. Əgər MİS-lərə aid bir çox işləri bələdiyyələr həyata keçirirsə, onda MİS-lərə ehtiyac qalmır. Eyni zamanda bələdiyyələr insanlarla daha çox təmasda olur, onların müəyyən qayğılarını yerinə yetirirlər. Ancaq MİS-lərin özəlləşdiriləcəyi ilə bağlı ciddi informasiya yoxdur. Müəyyən mülkiyyətçilər və bina sahibləri bir neçə binanı birləşdirib həmin səlahiyyətləri yerinə yetirə bilər. Bu da idarəetmənin bir formasıdır. Ancaq qanunlara söykənmək lazımdır. Çünki ortada maliyyə məsələləri var. İstəyirik ki,  gələcəkdə bu məsələlər bilavasitə bələdiyyələrə şamil olunsun“.

Ulduz İBRAHİMOVA 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur