Modern.az

Bu rayonlara dolu yağdı

Bu rayonlara dolu yağdı

Aktual

24 İyul 2024, 19:43

İyulun 24-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 24-ü saat 19:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəki, Qax (Sarıbaş), Qrız, Şahdağ, Tərtər, Qusar, Zaqatala, Xaltan, Bərdə, Zərdab, Yevlax, Goranboy, Quba, Şəmkir, Tovuz, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

 

Saat 17:20 radələrində Tovuz rayonu Ağbulaq və İbrahimhacılı kəndlərinə diametri 8-10 mm, saat 16:59-17:01 radələrində isə Şəmkir rayonunda diametri 11 mm olan dolu düşüb.

 

Altıağac, Qrız və Şahdağda duman müşahidə olunub.

 

Əvvəlcədən verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu