Modern.az

BMT-nin baş katibi İlham Əliyevi təbrik edib

BMT-nin baş katibi İlham Əliyevi təbrik edib

26 Noyabr 2013, 17:16


BMT-nin baş katibi Pan Gi Mun İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı çatdırıram.
Əminəm ki, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız həm birbaşa BMT, həm də təşkilatın Azərbaycandakı nümayəndəliyi ilə gələcəkdə də davam etdiriləcəkdir. Mən Azərbaycanın BMT-nin dəyər və prinsiplərinə sədaqətinə güvənirəm. Bu ilin oktyabr ayında Təhlükəsizlik Şurasının sədri kimi səmərəli fəaliyyətinə görə Azərbaycana təşəkkür edir və Birləşmiş Millətlər Təşkilatı ilə birgə sülh, təhlükəsizlik və davamlı inkişaf sahəsində qlobal çağırışların həllinə vacib töhfələrinizi yüksək qiymətləndirirəm".
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur