"Oktyabrda keçiriləcək parlament seçkilərindən sonra müxalif Vahid Milli Hərəkat Partiyası mühakimə olunacaq".
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, hazırda həbsdə olan eks-prezident Mixail Saakaşvilinin partiyasından ayrı-ayrı şəxslər məsuliyyətə cəlb oluna bilər.
"Söhbət siyasi qüvvənin məsuliyyətə cəlb edilməsindən gedir, yəni bu agentlərin mühakimə olunmasından gedir ki, bunun ardınca fərdi səviyyədə sərbəst şəkildə hökmlər çıxarıla bilər... Cəmiyyət bilir ki, bu siyasi qüvvə nə qədər cinayət törədib”, - Kobaxidze iddia edib.
Onun sözlərinə görə, bu, “ümummilli işdir”.
“Müxalifət cinayətkar, cinayətkar siyasi qüvvə olduğu müddətdə Gürcüstanda demokratik və sağlam siyasi mühit olmayacaq”, - Kobaxidze belə söyləyib.
Bundan əvvəl Vahid Milli Hərəkat Partiyasına qarşı belə təhdidləri hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili elan etmişdi.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək.