Modern.az

Lui Bono İrəvana gəldi - Ermənistan-Azərbaycan danışıqlarını müzakirə etdi

Lui Bono İrəvana gəldi - Ermənistan-Azərbaycan danışıqlarını müzakirə etdi

Aktual

25 İyul 2024, 12:18

İyulun 25-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Modern.az xəbər verir ki, Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, görüş zamanı həmsöhbətlər regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə və son hadisələrə toxunublar.

Təhlükəsizlik Şurasının katibi Ermənistan tərəfinin regionda hərtərəfli və uzunmüddətli sülhün bərqərar olmasına sadiqliyini təsdiqləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu