Modern.az

İstanbulda “I Türk Dünyası Gənc İş Adamları” bir araya gəlib

İstanbulda “I Türk Dünyası Gənc İş Adamları” bir araya gəlib

26 Noyabr 2013, 17:48

Bu gün I Türk Dünyası Gənc İş Adamları Türkiyədə bir araya gəlib.

Modern.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, toplantını Dünya Türk Gənclər Birliyinin sədri , sabiq millət vəkili Әkrəm Abdullayev giriş sözü ilə açaraq Türk dünyasının bütün nümayəndələrini belə bir toplantıda görməkdən qürur duyduğunu bildirib.

O, qeyd edib ki, belə bir formatda toplantının keçirilməsi bir neçə il idi ki, müəyyən səbəblərdən təxirə salınırdı. Amma bu gün belə bir toplantının keçirilmesi bütün Türk dünyasının uğuru adlandırmaq olar.

"Fəaliyyət göstərdiyimiz müddətdə yazarları, alimləri, istehsalçıları bir araya gətirə bildik. Zaman-zaman Dünya Türk Gəncləri Birliyi səviyyəsində bu təşkilatları qurduq. Artıq Dünya Türk Gəncləri Birliyinin ətrafında bir neçə sahəni birləşdirən belə təşkilatlar var. Qloballaşan dünyada iş görən insanların nə qədər önəmli olduğunu nəzərə alıb belə bir toplantı keçirməyi qərara aldıq. Biz artıq neçə aylardır ki, bu toplantının keçirilməsi, Türk dünyasının hər yerindən bura iş adamlarının dəvət olunmasına çalışırdıq. Nəticə olaraq buna nail olduq".

Dünya ölkələrinin iqtisadiyyatının fərqli formada inkişaf etdiyini deyən Әkrəm Abdullayev Birliyin məqsədînin bu inkişafı Türk dünyasında izləmək olduğunu bildirdi. Odur ki, bütün Türk dünyası ilə birlikdə bu işləri bir araya gətirəmək istədik. "Düzdür bu bizim ilk addımımızdır. İstədiyimiz qədər olmasa da istədik ki, daha çox türk dünyasının müxtəlif bölgələrində yaşayan insanları əhatə edək. İnanıram ki, çoxlarınız bir neçə gün boyunca işlərimizin yekunu olaraq bir təşkilat yetişdirib, məmləkətlərinizə döneceksiniz" Daha sonra toplantıya dəvət olunan iş adamları çıxış etdilər.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Şamil Ayrım toplantını yüksək qiymətləndirdiyini, sovetlər dağılandan sonra onun tərkibində olan respublikaların nələr edə biləcəyinin sübutu olduğunu bildirdi. " Belə bir toplantını gerçəkləşdirmək çox çətindir. Amma gənclərin edə bilmədikləri heç bir şey yoxdur. İnanıram ki toplantı başa çatandan sonra çoxları belə bir toplantının öz ölkələrində keçirilməsini istəyəcək. Toplantının türk xalqlarının bir araya gəlməşini bu coğrafiyada, qardaşlığın, sülhün təminatı olacağına inanıram".

Türk dünyası Qəzetçilər Cəmiyyətinin rəhbəri Menderis Demir bu gün Türk dünyasının hər bir sahədə birlikdə olmasına ehtiyac olduğunu söylədi. " Çox təəssüf edirəm ki türk mətbuatı belə önəmli toplantını işıqlandıra bilmədi. Amma biz də yaxın günlərdə Türkiyə Qəzetçilər Federasiyası ilə birlikdə türk dünyasının media nümayəndələrini də bir araya gətirib belə bir toplantı keçirəcəyik" Daha sonra Kiçik Çəkməcə Məmurluğunun adına Türk Dünyası ofisinin koordinatoru Semre Aydın Afşar Türk dünyasının bir çox problemlərinə toxundu və bu toplantının həmin probləmlərin həlli açarı olacağını bildirdi.

" Әslində Türk dünyasına baxanda qan və göz yaşları da görürük. Çünki elə bir gün yoxdur ki, Kerkükdə bomba səsləri eşidilməsin və ölüm hadisəsi olmasın. Şərqi Türküstanda soyqırım davam edir, Qarabağ problemi 30 ildir həll edilmir. Amma dünya türklərin nüfuzuna baxdıqda hər bir nəfərin Türk olduğu bir dünyada qan və göz yaşı bu coğrafiyadadır. Niyə ancaq bu coğrafiyada? dəyə baxanda qloballaşan dünyada iqtisadi gücümüzü yetərincə istifadə etmirik. Bu səbəbdən də bu gün keçirilən bu toplantı çox önəmlidir".

Daha sonra toplantı Türk xalqlarının sənət musiqiləri və yemək süfrəsindən sonra davam etdi.


 

 

Gültəkin ƏLƏSGƏRLİ

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur