Modern.az

Ermənistan Avrasiya Fondundan 200 milyon alır - İrana tunel çəkilir

Ermənistan Avrasiya Fondundan 200 milyon alır - İrana tunel çəkilir

Dünya

25 İyul 2024, 12:46

İrəvan İranla sərhəd yaxınlığında tunel tikintisi üçün Avrasiya Sabitləşdirmə və İnkişaf Fondundan 200 milyon dollar alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Kredit sazişi Ermənistan hökuməti tərəfindən bugünkü iclasda təsdiqlənib. İclasda ərazi idarəetmə naziri Qnel Sanosyan bildirib ki, hökumət layihə üçün daha 194 milyon dollar ayıracaq.

 

Digər müqavilədə Avrasiya İnkişaf Bankından ölkəyə 100 milyon dollar kredit ayrılması nəzərdə tutulur, pul büdcə kəsirinin ödənilməsinə yönəldiləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal