Modern.az

İvanişvili prezident olacaq?

İvanişvili prezident olacaq?

Dünya

25 İyul 2024, 12:54

Gürcüstanın ədliyyə naziri Rati Breqadze milyarder və “Gürcü arzusu”nun qurucusu Bidzina İvanişvilinin prezidentliyə namizəd ola biləcəyini istisna etməyib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

 

“Cənab İvanişvili əgər prezidentliyə namizəd olmaq qərarına gəlsə, əminəm ki, o, Gürcüstan tarixinin ən yaxşı prezidenti olacaq”, - deyə Breqadze söyləyib.

 

Qeyd edək ki, parlamentar respublika olan Gürcüstanda birbaşa xalq tərəfindən prezident seçilmir. Oktyabrda keçiriləcək parlament seçkilərindən sonra yeni prezident 300 nəfərdən ibarət seçicilər - parlament üzvləri və regionların təmsilçiləri tərəfindən seçiləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal