Bankların bugünkü hərracda tələbi 55 milyon dolları ÖTÜB | Modern.az
Menu
Bankların bugünkü hərracda tələbi 55 milyon dolları ÖTÜB
İqtisadiyyat
25 İyul 2024, 11:52
İyulun 25-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan Modern.az-a bildirilib ki, hərracda tələb 55,2 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.