Modern.az

Anaklia limanının tikintisini Belçika şirkəti həyata keçirəcək - YENİLƏNİB

Anaklia limanının tikintisini Belçika şirkəti həyata keçirəcək - YENİLƏNİB

Dünya

1 Avqust 2024, 13:26

Gürcüstanın Anaklia dərinsulu limanının dəniz infrastrukturunun layihələndirilməsi və tikintisi üzrə tenderi Belçikanın "Jan De Nul" şirkəti qazanıb.

 

Modern.az xəbər verir ki, məlumatı Gürcüstan İqtisadiyyat Nazirliyi yayıb.

 

“Şirkət Panama kanalının genişləndirilməsi layihəsində fəal iştirak edib, bundan əlavə, dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Fars körfəzi, Afrika və digər ölkələrdə layihələr həyata keçirib və həyata keçirir”, - deyə İqtisadiyyat Nazirliyindən bildirilib.

 

May ayında Anaklia dərin dəniz limanında investor kimi Çin konsorsiumu seçilib. İlk gəmilərin 2029-cu ildə limanda qəbul ediləcəyi gözlənilir.

 

***

25.07.2024 / 13:52

 

Gürcüstanda Anaklia limanının tikintisi üzrə tərəfdaş sabah açıqlanacaq.

 

Modern.az xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Levan Davitaşvili deyib.

 

“Tikinti şirkətinin seçimi rəqabətli şəraitdə aparılıb ki, o, dənizdə tikinti sahəsində mümkün qədər təcrübəli olsun", - o qeyd edib.

 

Xatırladaq ki, Anaklia dərin dəniz limanında özəl investor kimi Çin konsorsiumu seçilib və limanın 49%-nin sahibi olacaq, 51%-i isə dövlətin olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi