Azərbaycan Beynəlxalq Bankının (ABB) islam bankçılığı üzrə direktoru Bəhnam Qurbanzadə Röyters agentliyinə deyib ki, ABB hazırda hökumətlə bununla bağlı qanun layihəsi üzərində işləyir.
“Azərbaycanın Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi və ABB ilə bu layihəyə start verib”,- bu barədə dünən Dubayda (BƏƏ) keçirilən Qlobal İslam İqtisadiyyat Sammitində iştirak edən B.Qurbanzadə bildirib ki, qanun layihəsinin may ayında hazır olması və 2014-cü ilin sonunda parlamentə təqdim edilməsi nəzərdə tutulur.
İslam bank əməliyyatları şəriət qanunlarına sadiq olaraq faizsiz kredit kimi bank xidmətlərindən ibarətdir. Bu isə baha başa gəlir və onun həyata keçirilməsi üçün vergi barədə tənzimləmələr gərəkdir. Qanun layihəsi “bankçılığı, vergini ... mülki hüquq” kimi məsələləri əhatə edir,- ABB rəsmisi izah edib.
B.Qurbanzadənin sözlərinə görə, ABB 2014-cü ildə islam bankçılığına həsr olunmuş 4 şöbə açmağı planlayır.
Modern.az