Modern.az

Türkiyədəki alman məktəblərinə yerli vətəndaşların qəbulu dayandırıldı

Türkiyədəki alman məktəblərinə yerli vətəndaşların qəbulu dayandırıldı

Dünya

25 İyul 2024, 14:28

Türkiyədəki üç alman məktəbinə yerli vətəndaşların qəbulu dayandırılıb.

Modern.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu Ankara, İstanbul və İzmirdəki məktəblərə aiddir.

Qərar yeni tədris ilindən qüvvəyə minəcək.

Bundan başqa, Fransa səfirliyinin nəzdində fəaliyyət göstərən “Charles de Gaulle” və “Pierre Loti” liseylərinə də Türkiyə vətəndaşlarının qəbulu dayandırılır.

Qeyd edək ki, Türkiyənin təhsil naziri Yusuf Tekin bundan əvvəl fransız məktəblərin fəaliyyətinin qanunsuz elan ediləcəyini bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal