Modern.az

Azərbaycan və İranın xarici işlər nazirləri sərhəddəki vəziyyəti müzakirə ediblər

Azərbaycan və İranın xarici işlər nazirləri sərhəddəki vəziyyəti müzakirə ediblər

26 Noyabr 2013, 22:56

Azərbaycan xaici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modenr.az-a verilən məlumata görə, görüş əsnasında nazir Elmar Məmmədyarov İranla ilə “altılıq” arasında Cenevrədə aparılan son danışıqların müsbət məcraya doğru yönəlməsinin Azərbaycan Respublikası tərəfindən alqışlandığını bildirib.

Cavad Zərif 9 oktyabr tarixində Azərbaycanda keçirilmiş uğurlu prezident seçkiləri ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.

Görüş zamanı ikitərəfli əsasda enerji, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunaraq, tezliklə hökumətlərarası birgə əməkdaşlıq komissiyanın iclasının keçirilməsi barəsində razılıq əldə olunub.

Sərhəddə yaranmış vəziyyət ilə əlaqədar tərəflər arasında fikir mübadiləsi aparılıb.

Cavad Zərif Elmar Məmmədyarov tərəfindən Azərbaycana səfərə dəvət olunub.

Dəvət iranlı nazir tərəfindən məmnuniyyətlə qəbul edilib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur