Modern.az

"Avtobusları çirkli olan marşrutlar sahibkarın əlindən alınır"

"Avtobusları çirkli olan marşrutlar sahibkarın əlindən alınır"

27 Noyabr 2013, 01:24

Namiq Həsənov: “Biz o qədər sürücünü cərimələyə bilmərik”

Bu gün Bakıda sərnişin daşıyan avtobusların hamısı olmasa da, çoxu natəmizlik mənbəyidir. Marşrutlara ayaq qoyar-qoymaz toz-torpaq ərşə qalxır. Bunun üçün sadəcə ilk olaraq nəqliyyat vasitələrinin pəncərələrinə, qapılarına nəzər salmaq kifayətdir. Aparılan müşahidələr zamanı içərisi təmiz olmayan avtobuslar da nəzərdən qaçmır. Sürücülər isə bildirir ki, avtobuslar hər gün yuyulub təmizlənir. Avtobusların içərisinə gəldikdə isə sürücülər bunun səbəbini sərnişinlərdə gördülər. Sərnişinlərin təmizlik qaydalarına riayət etməmələri avtobuslarda natəmizliyə gətirib çıxarır.

Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov da ANS TV- yə bildirib ki, avtobuslar hər gün yuyulur və ondan sonra xəttə buraxılır: “Təmiz olmadan xəttə buraxılan avtobus sahibkarları isə cəzalandırılır: “Biz o qədər sürücünü cərimələyə bilmərik. Biz sahibkarları cəzalandırırıq. Onların marşrutları belə əlindən alınır”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur