Modern.az

Azərbaycan UEFA reytinqində bir pillə irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəlilədi

26 İyul 2024, 08:50

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

 

Modern.az-ın məlumatına görə, bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının nəticəsinə əsasən mümkün olub.

 

24-cü sırada yer alan ölkənin əmsalı 17,750-yə bərabərdir. "Zirə" və "Sabah" Azərbaycan üçün hərəyə 0,250 xal qazandırıb. Onlar müvafiq olaraq Slovakiyanın "DAK 1904" (4:0) və İsrailin "Makkabi" (Hayfa) (3:0) komandalarını məğlub ediblər. "Sumqayıt" isə evdə Macarıstanın "Fehervar" kollektivinə uduzub - 1:2.

 

Azərbaycandan bir pillə öndə Rusiya (18,299), bir addım geridə isə Slovakiya (17,625) yer alıb.

 

55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI