Modern.az

Ararat Mirzoyanı Səfəryan əvəz edəcək

Ararat Mirzoyanı Səfəryan əvəz edəcək

26 İyul 2024, 14:26

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 3 günlük məzuniyyətə gedəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Mirzoyan iyulun 31-dən avqustun 2-dək məzuniyyətdə olacaq.

Bu müddət ərzində Mirzoyan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanla əvəzlənəcək.

Qeyd edək ki, Ararat Mirzoyan artıq bir dəfə - iyulun 22-26-da məzuniyyətdə olub.

Ermənstan baş naziri Nikol Paşinyan da hazırda məzuniyyətdədir.
 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu