Modern.az

Kimya sahəsində ən çox patent alan Azərbaycan alimləri - SİYAHI

Kimya sahəsində ən çox patent alan Azərbaycan alimləri - SİYAHI

Təhsil

27 Noyabr 2013, 11:18

Modern.az saytı elm sahəsində olan problem və perespektivləri işıqlandırmaqda davam edir. Bu dəfəki araşdırmada sizlərə daha çox patent sahibi olan, elmi nailiyyətləri MDB, eləcə də dünya məkanəında tanınan alimləri təqidm edirik. Ardıcıllığı nəzərə alaraq bu dəfə ancaq kimya sahəsində patentlərə  sahiblənmiş alimləri nəzərinizə çatdırırıq:

1. Toğrul Şahtaxtinski

Mərhum professor Toğrul Şahtantinski 1925-ci ildə Bakı şəhərində andan olub. 2010-cu  ildə 85 yaşında dünyasını dəyişib. Xaricdə  çıxan elmi əsərlərinin sayı 144-ə bərabərdir.  Müəlliflik şəhadətnaməsi və patentlərinin sayı isə 135-dir.  Beynəlxalaq kimya aləmində bir sıra yeniliklərə imza atan alim fundamental oksidləşmə və oksidləşdirici ammonolizi prosesləri hazırlayıb. O, katalizatorun qeyri-stasionar iş şəraitində aparılan kimyəvi proseslərin resirkulyasıya axınlı mürəkkəb kimya-texnoloji komplekslərin modelləşdirilməsi və optimallaşdırılmasının nəzəri prinsiplərinin müəllifidir. Emlər Akademiyasını da üzvü olan alim uzun müddət  Kimya Problemləri İnsitutu və Azərbaycan Dövlət Neft Akademiyasında çalışıb. 

2. Vaqif Fərzəliyev

Kimya elmləri doktoru, rofessor Vaqif Fərzəliyev də beynəlıxalq kimya və kimya ilə əlaqəli elmlərə töhfə verən alimlərdəndir. Alimin xaricdə 181 elmi əsəri çıxıb. Bu əsərlər daha çox elmi məqalələrdən ibarətdir. Müəlliflik şəhadətnaməsi və patentlərinin sayı isə 117-dir. Alimin əsas elmi  nailiyyətlərinə sürtkü yağlarına, yanacaqlara və yağlayıcı-soyuducu mayelərə müxtəlif funksional təsirə malik bir çox aşqarlar sintezi daxildir.
Daha sonra aşqarların funksional təsiri mexanizminin və onların quruluşu, tərkibi ilə funksional təsir effektivliyi arasındakı asılılığın öyrənilməsi nəticəsində yüksək effektivliyə malik aşqarların yaradılmasının elmi əsaslarını işləyib hazırlayıb.  Professor hazırda Elmlər Akademiyasının Aşqarlar Kimyası İnsitutunun direktorudur.

 

3. Nadir Seyidov

Qocaman kimyaçı Nadir Seyidov da məhsuldar fəaliyyətinə görə yadda qalıb.  Hazırda Neft və Kimya Prosesləri İnsitutunda çalışan alimin xaricdə nə az nə çox düz 186 əsəri işıq üzü görüb. Müəlliflik şəhadətnamələri və patentlərinin sayı isə 102-yə çatır. Bu da öz növbəsində çox yüksək göstəricidi.  Alim neft-kimya sintezi və yüksək molekullu birləşmələr sahəsində mütəxəssisdir. Etilenin propilenlə və digər olefinlərlə metal üzvi katalizatorların iştirakı ilə birgə polimerləşmə reaksiyalarının öyrənilməsi sahəsində geniş elmi-tədqiqat işləri aparıb. 

4. Abel Məhərrəmov

Bakı Dövlət Universitetinin rektoru akademik  Abel Məhərrəmovun beynəlxalq kimya elminə töhfələri çoxdur. Xaricdə işıqlanan elmi əsərlərinin sayı 186-ya çatır. Patentlərinin sayı isə 29-dur. O, kimya sahəsində «Dopinq şəraitində» elektrofil birləşmə reaksiyalarının yeni sintetik istiqaməti müəyyən edib. Qüvvətli elektrolitlərdən və onlara uyğun polyar həlledicilərdən istifadə etməklə elektrofil birləşmə reaksiyalarının istiqamətinin  kəskin dəyişdirməsi akademikin adı ilə bağlıdır. Bununla da alınması çətin və ya praktiki cəhətdən mümkün olmayan bəzi sinif üzvi maddələrin sintezi həyata keçirilib. Abel Məhərrəmov tərəfindən ilk dəfə olaraq on iki üzvlü tsikllərin konformasion analizi öyrənilib.

5. Adil Qəribov

Kimya elmləri doktoru Adil Qəribov həm SSRİ, həm də müstəqillik dövründə bu sahədə bir sıra elmi yenilikləri ilə seçilib. Müəllifin xaricdə 78 əsəri çap olunub, patentlərinin sayı isə 28-dir. Onun tərəfindən nüvə enerjisinin universal enerji daşıyıcısı olan hidrogen vasitısilə çevrilməsinin effektiv yolları işlənib hazırlanıb.  Professor Adil Qəribov hazırda  Elmlər Akademiyasının Radiasiya Problemləri İnsitutunun direktorudu.

6. Vaqif Abbasov

 

Kimya elmləri doktoru , professor Vaqif Abbasov da həm sovetlər dönəmində, həm də müstəqillik dövründə yeni elmi nailiyyətlərə imza atan alimlərdən olub.  Xaricdə 97 elmi əsəri çıxıb. 44 patentin müəllifidir. O, ilk dəfə olaraq nitrobirləşmələrin və üzvi turşuların keçid elementləri ilə qarışıq komplekslərinin alınma mümkünlüyünü kəşf edib və bu əsasda mövcud analoqlarından yüksək effektivliyi, stabilliyi və çoxfunksiyalılığı ilə fərqlənən antistatik aşqar yaradıb. Professor həm də Neft və Kimya Prosesləri İnsitutunun direktorudu.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur