Modern.az

ABŞ İrandan keçmiş xəfiyyəsini tapmağı xahiş edib

ABŞ İrandan keçmiş xəfiyyəsini tapmağı xahiş edib

27 Noyabr 2013, 11:32


ABŞ hökuməti itkin düşmüş xəfiyyəsinin axtarışı ilə bağlı İrana müraciət edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Federal Tədqiqatlar Bürosunun (FBİ) keçmiş xəfiyyəsi Robert Levinsonun aqibəti hələ də naməlum olaraq qalır. 2007-ci ili martın 9-da İranın Kiş adasına səyahət eləmiş R. Levinsondan son xəbər  2010-cu ildə alınıb. Kim tərəfindən qaçırıldığını bilməyən keçmiş xəfiyyə bir video yazı ilə kömək istəmişdi. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton onun təxmini olaraq Cənubi Asiyadakı ölkələrdən birində saxlanılması iddiasını irəli sürmüşdü.

Rəsmi Tehrana müraciət edən Ağ Ev hazırda yeni İran kökumətindən R. Levinsonun tapılmasında yardımçı olmasını rica edir.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur