Modern.az

ADY-də yanğından mühafizə qatarlarının sayı açıqlanıb - VİDEO 

ADY-də yanğından mühafizə qatarlarının sayı açıqlanıb - VİDEO 

26 İyul 2024, 17:16

Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) fövqəladə halların idarə olunması üçün müasir avadanlıqla təchiz edilmiş 10 ədəd yanğından mühafizə qatarı ilə yanaşı su nasos stansiyası da 24/7 fəaliyyət göstərir.

 

ADY-dən Modern.az-a verilən məlumata görə, ADY-nin yanğından mühafizə qatarları həm dəmir yolu infrastrukturunda, həm də dəmir yolu xətlərinin yaxınlığında baş verən yanğınların geniş miqyas almadan operativ söndürülməsini dərhal təmin edir.

 

“Hər zaman təhlükəsizlik dəyərinə xüsusi önəm verən ADY sərnişin və yüklərin mənzilbaşına çatdırılmasına risk yaradan amilləri qabaqlayıcı tədbirlərlə aradan qaldırmağı hədəfləyir”, - məlumatda qeyd olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu