“Qəti siyasi don geyindirmək olmaz. Bu şəxsi zəmində baş verən bir hadisədir”. Bunu Modern.az-a açıqlamasında Zaqataladan deputat seçilmiş Kamilə Əliyeva deyib. Onun sözlərinə görə, kriminal hadisədə adı hallan şəxslər Balakən və Bakı sakinləridir. “Ölənlərdən ikisi də Bakı sakinləridir. Zaqatala ilə hadisənin heç bir əlaqəsi yoxdur. Sadəcə, insidentin baş verdiyi yer Zaqataladır. Cinayət işi açılıb. Prokurorluq işi aparır. Təqsirkar da həbs olunub. Əlavə bilgim və şərhim yoxdur”.
Qeyd edək ki, noyabrın 24-də Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində silahlı insident baş verib. Nəticədə Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, Vüsal Əliqayev isə xəsarət alıb.
Hazırda bölgənin giriş və çıxışında xüsusi postlar qurtulub.