Modern.az

Şəraitsiz evdə yaşayan qazi aidiyyati qurumlardan kömək istəyir - FOTOLAR

Şəraitsiz evdə yaşayan qazi aidiyyati qurumlardan kömək istəyir - FOTOLAR

26 İyul 2024, 13:36

30 ildən çox düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad olunacağı günü hamımız səbirsizliklə gözləyirdik. Birinci Qarabağ müharibəsi zamanı ermənilərin azərbaycanlıların başına gətirdiyi müsibətlər kiçikdən böyüyə hər kəsdə düşmənə nifrət hissini gücləndirmişdi. Hamı savaşın bir gün başlayacağını bilirdi. Nəhayət səbirsizliklə gözlədiyimiz o an gəlib çatdı. 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başladı.

Vətən müharibəsinin başlanmasına isə şübhəsiz ki, bir qədər əvvəl - 2020-ci ilin iyulunda baş verən Tovuz hadisələri təsir etdi. O hadisələrdə ordumuzun ən nümünəvi generalı Polad Həşimovun qəhrəmancasına şəhid olmağı kiçikdən böyüyə hamını sarsıtdı və qisas hissini alovlandırdı. General-mayor Polad Həşimovun şəhidliyindən sonra hər kəs, xüsusən gənc nəslin nümayəndələri Ali Baş Komandana müraciət edib könüllü şəkildə ordu sıralarına qatılmaq istəyini bildirdilər.

Prezident İlham Əliyev 2020-ci ilin sentyabrında qismən səfərbərlik haqqında fərman imzaladı. Bu fərmanı səbirsizliklə gözləyən 1000-lərlə gənclərdən biri də Lənkəran şəhər sakini Zəkiyev Arzuman Bayram oğlu idi.

O, iki azyaşlı övladını həyat yoldaşına və doğmalarına əmanət edib böyük ruh yüksəkliyi ordu sıralarına qatıldı.

Modern.az-a məktubla müraciət edən Arzuman Zəkiyev canını qurban verməyə hazır olduğu Vətənində ona sahib çıxmayan dövlət qurumlarından narazı olduğunu dilə gətirib.

 

Arzuman Zəkiyevin redaksiyamıza müraciətini olduğu kimi təqdim edirik:

 

"2023 cu il iyul ayında müddəti bitmiş şəxsiyyət vəsiqəmi alıb yeniden Lənkəran şəhər İcra Hakimiyyətinə müraciət etdim. O, vaxtdan bəri mənə heç bir yardım olunmayıb. Lakin 2024-cü ilin aprel ayında 100 manat məbləğində mənə yardım olunub. Halbu ki 100 manat heç bir dermanimin pulu deyildi, nəinki dolanışığımın. 
Bank borcuma gəldikdə isə mənə konkret "Get banka olan borcunu ödə" deyilib. Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filalına dəfələrlə müraciət etsəm də hər dəfə bir problem ortaya çıxarıb və ya gözləməyimi deyiblər. Mən onlardan özümün fərdi əməklə məşğul olduğumu bildirdim ki, işlədiyim iş üçün mənə alətlər verilsin. Onlar isə mənə cavabında güya mən əvvəl iribuynuzlu mal-qara istemişəm, deyə özünəməşğulluğum üçün alət verilməsindən imtina etdilər".

 

Rütubətli şəraitsiz evdə iki azyaşlı övladı və revmatizim xəstəsi olan yoldaşı ilə yaşayan qazimiz Lənkəran şəhər İcra Hakimiyyətində ev növbəsinə yazılasa da nə vaxt evnən təmin olunması ilə bağlı bir rəsmi cavab ala bilməyib:

 

"Lənkəran şəhər İH-nə ev üçün müraciət etmişəm. Ev qeydiyyatına alınmışam, amma heç bir nəticə yoxdur. 
Yaşadığım ev kürsülü 3 daşın üstündə tikilən 2 otaqlı yarımtikili evdir. Nəzərə alsaq ki, Lənkəran kimi rütübətli bir şəhərdə bu cür evdə yaşamaq nə deməkdir. Rütubət bizi pis vəziyyətə qoyub. Ev qəzalı şəraitdədir. Hər defe torpaq ve ya ev üçün Lənkəran şəhər İH-nə və Lənkəran şəhər Şiləvar kənd bələdiyyəsinə müraciət etməyimin heç bir faydası olmayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub unvanladım məni Lənkəran şəhər İH çağırıb ehtiyacımı soruşub ev üçün cənab Prezidentə məktub unvanlamışan dedim. İcra Hakimiyyətinin əməkdaşı ev üçün etdiyim müraciəti saxlayıb işsizlikdən mənə danışırlar. Sonda cavabında "Bizim balansımızda hələ ki, ev yoxdur gözlə olanda sənidə nəzərə alarıq" deyiblər.

Əgər icra hakimiyyətinin balansında şəraitsiz evdə yaşayan qazini evnən təmin etmək gücü yoxdursa, o zaman mən öz dərdimi kimə deyim?"

 

Qeyd: Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filalının mövqeyini dərc etməyə hazırıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu