Modern.az

Bakıda 2 avtomobil toqquşdu

Bakıda 2 avtomobil toqquşdu

Hadisə

27 İyul 2024, 16:31

Biləcəri qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə qəsəbənin Yeni yaşayış massivi adlanan ərazisindən keçən yolda baş verib.

 

Belə ki, "Hundai" markalı avtomobil qarşı tərəfdən gələn "Mersedes"ə çırpılıb. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. 

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI