Modern.az

Modi gələn ay Kiyevə gedir

Modi gələn ay Kiyevə gedir

Dünya

27 İyul 2024, 19:32

Hindistanın baş naziri Narendra Modi Kiyevə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Hindistanın WION qəzeti məlumat yayıb.

 

Məlumata görə, səfər avqust ayında baş tutacaq, Bu, onun 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ölkəyə ilk səfəri olacaq.

 

Dehlidəki diplomatik mənbələrdən verilən məlumata görə, hələ hazırlıq mərhələsində olan səfərin avqustun üçüncü həftəsində, böyük ehtimalla avqustun 23-də baş tutacağı gözlənilir.

 

2024-cü ilin əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski Hindistanın baş naziri ilə telefon danışığı aparıb və onu Kiyevə səfərə dəvət edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu