Modern.az

Cəmil Həsənli: “ABŞ-da Azərbaycandakı siyasi məhbuslarla bağlı müraciət hazırlanır”

Cəmil Həsənli: “ABŞ-da Azərbaycandakı siyasi məhbuslarla bağlı müraciət hazırlanır”

27 Noyabr 2013, 12:59


Bu gün Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli RATİ-nin ofisində ABŞ səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən C.Həsənli ongünlük səfəri çərçivəsində Senatda, müxtəlif insan hüquqları təşkilatlarında, Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu “beyin mərkəzləri”ndə görüşlərimiz oldu. “Konqresdə noyabrın 15-ə ilk görüşümüz insan hüquqları ilə məşğul olan “Lantos qrupu” ilə oldu. Bu qrup konqresmen Lantosun adı ilə bağlıdır. Seçki məsələlərini müzakirə etdik. Həmçinin ölkədəki siyasi məhbuslarla bağlı müzakirələr oldu. Hazırda həmin qrup Obama administrasiyasına və Azərbaycan hakimiyyətinə siyasi məhbuslarla bağlı müraciətlər hazırlayırlar”.

Keçirdiyi digər görüşlərlə də bağlı məlumat verən C. Həsənli qeyd edib ki, “Freedom House” İnsan hüquqları təşkilatında da görüşlər keçirib: “Qurumun rəhbəri Devid Kremerlə görüşdüm. Daha sonra ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən hesab olunan Karnegi Fondunda görüşlər keçirdim. Azərbaycanda seçkilərin doğurduğu sosial, siyasi nəticələr haqqında müzakirələrimiz oldu”.

Milli Şura üzvü mətbuat konfransında qeyd edib ki, keçirilən görüşlərdə Milli Şuranın fəaliyyəti, inkişaf strategiyası barədə məlumatlar verilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur