Modern.az

Politoloq: “Rusiyanın niyyəti baş tutarsa, Qarabağ bütünlüklə əldən gedə bilər”

Politoloq: “Rusiyanın niyyəti baş tutarsa, Qarabağ bütünlüklə əldən gedə bilər”

27 Noyabr 2013, 13:11

“Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin Strasburqda keçiriləcək görüşünü müsbət qiymətləndirirəm. Bu, xalq diplomatiyası yolunda atılan bir addımdır. Bir-birilə düşmən olan xalqlar arasında qarşılıqlı təmaslar davam etdikcə, tədricən xalqın digər təbəqələri arasında da qarşılıqlı anlaşma və qarşılıqlı ünsiyyət mədəniyyətinin formalaşması üçün meydan yaranır”.

Bunu Modern.az-a politoloq Qabil Hüseynli deyib. Onun fikrincə, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri bəlli bir nəticəyə gəlməyə imkan verir: “Bu yolla tarixən formalaşmış ədavəti, kini tədricən aradan qaldırmaq olar. Bu cür təşəbbüslər ictimai şüurda möhkəmləndikdən sonra heç nəyə fikir verilmir, hətta vətəndaş cəmiyyətinin nümayəndələri öz hökumətlərinin də mövqelərinə təsir göstərə bilirlər”.

Dağlıq Qarabağda Rusiya hərbçilərinin sülhməramlı qüvvələr kimi yerləşdirilməsi məsələsinə gəldikdə, Q.Hüseynli qeyd edib ki, silahlı qüvvələrin mandatını ATƏT müəyyənləşdirməlidir: “Sülhməramlılar bir növ ayrıcı qüvvələr kimi nəzərdə tutulur. Bu qüvvələr daxili proseslərə müdaxilə etmir. Sadəcə, tərəflər arasında qarşıdurma yarananda onları ayırmaq və dəhliz yaratmaq kimi missiyanı yerinə yetirir”.

Politoloq Ermənistanın sabiq xarici işlər naziri David Şahnazaryanın “Rusiyanın əsas məqsədi Qarabağa öz hərbçilərini yerləşdirməkdir” fikrinə də münasibət bildirib: “Rusiyanın belə bir niyyəti var. Rusiya sülhməramlı qüvvələrə hərbi baza kimi baxır. Çünki Rusiya bundan cəza aparatı kimi istifadə edir. Yəni, bu dövlətlərə qarşı öz gücünü göstərmək üçün hərbi bazalardan istifadə edir. Bəli, Rusiyanın bu niyyəti baş tutarsa, Qarabağ bütünlüklə əldən gedə bilər”.

İlkin

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur