Modern.az

İranın yeni vitse-prezidenti məlum oldu 

İranın yeni vitse-prezidenti məlum oldu 

Dünya

28 İyul 2024, 23:22

İranın yeni vitse-prezidenti məlum olub.

 

Modern.az xəbər verir ki, ölkənin yeni prezidenti Məsud Pezeşkian 73 yaşlı islahatçı siyasətçi Məhəmməd Rza Arifi vitse-prezident təyin edib

 

O, əvvəllər Məhəmməd Xatəminin prezidentliyi dövründə birinci vitse-prezident vəzifəsində çalışıb (1997-2005).

 

Məhəmməd Rza Tehran şəhərindən İran parlamentinə deputat seçilib. O, bu günə qədər Mədəni İnqilab üzrə Ali Şuranın və ölkənin Məsləhət Şurasının üzvü olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu