Modern.az

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava olacaq

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava olacaq

Təhsil

27 Noyabr 2013, 13:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, noyabrın 28-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 7-9, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 28-də arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

 

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur