Modern.az

Gizlətmirik ki, biz rusiyalı turistlərin gəlişini alqışlayırıq - Kaladze

Gizlətmirik ki, biz rusiyalı turistlərin gəlişini alqışlayırıq - Kaladze

Dünya

29 İyul 2024, 10:20

"Rusiyalı turistlərin Gürcüstana gəlişi həmişə müsbət qarşılanıb".

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Tiiflis meri Kaxa Kaladze deyib.

 

“Biz həmişə demişik və gizlətmirik ki, biz rusiyalı turistlərin gəlişini alqışlayırıq, əksinə, bu, ölkənin iqtisadi inkişafına töhfə verir. Lakin müxalifət xalqın əhval-ruhiyyəsini bildiyi üçün Rusiyaya qarşı ritorikasını dəyişib", - deyə o əlavə edib.

 

Bundan əvvəl Saakaşvilinin vəkili və müxalifətdə olan “Axali” partiyasının təsisçisi Nika Qvaramiya demişdi ki, “Gürcüstan istəsə, o zaman Rusiya Federasiyası ilə ticarət edə bilər, rusiyalı turistlər ölkəmizə gələ bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu