Modern.az

Gürcüstanda protest elektorat müxalifətin vahid seçki siyahısını İSTƏYİR

Gürcüstanda protest elektorat müxalifətin vahid seçki siyahısını İSTƏYİR

Dünya

29 İyul 2024, 10:44

Gürcüstan hakimiyyətini tənqid edən seçicilərin əksəriyyəti oktyabrda keçiriləcək seçkilərdə müxalifət partiyalarının vahid siyahısını görmək istəyir.

 

Modern.az xəbər verir ki, bu, "TV Formula" tərəfindən sifariş edilən "Edison Research" sorğusunun məlumatlarında əks olunub.

 

Əksəriyyət dedikdə, respondentlərin 60%-i nəzərdə tutulur. Digər 40% isə bir neçə müxalifət koalisiyasına aid elektoratdır. Sorğu əsasında Gürcüstandakı siyasi partiyaların reytinq cədvəli də tərtib olunub.

 

Qeyd edək ki, 26 oktyabrda Gürcüstanda parlament seçkiləri keçiriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu