Modern.az

BRICS ölkələri SWIFT sistemindən imtinaya can atır

BRICS ölkələri SWIFT sistemindən imtinaya can atır

Dünya

29 İyul 2024, 11:24

BRICS ölkələri qrupu SWIFT sisteminə alternativ ödəniş sisteminin tətbiqi variantlarını nəzərdən keçirir.

 

Modern.az "Kazinform"a istinadən xəbər verir ki, son zamanlar BRICS ölkələri qlobal maliyyə mənzərəsini dəyişməyə yönəlmiş təşəbbüsləri araşdırırlar.

 

Bu təşəbbüslərə Qərbdə üstünlük təşkil edən SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) sisteminə bənzər alternativ maliyyə əlaqə sisteminin yaradılması və qızılla dəstəklənən yeni valyutanın hazırlanması daxildir.

 

Təklif olunan BRICS maliyyə əlaqə sistemi transsərhəd əməliyyatlar üçün "etibarlı və təhlükəsiz" platforma təmin etmək məqsədi daşıyır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu