Modern.az

Qonaq qaldığı evdən qızılları oğurladı

Qonaq qaldığı evdən qızılları oğurladı

29 İyul 2024, 12:08

Cəlilabad rayonunda qonaq qaldığı evdən 3 min 500 manat dəyərində zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Modern.az-ın məlumatına görə, Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki evlərdən birindən 3 min 500 manat dəyərində zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər məhkum olunmuş Şakir Vəliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI