Modern.az

“Türk Dünyası Gənc İş Adamları” toplantısında mühüm müzakirələr başlayıb

“Türk Dünyası Gənc İş Adamları” toplantısında mühüm müzakirələr başlayıb

27 Noyabr 2013, 15:47


Modern.az-ın məlumatına görə, İstanbulda I Türk Dünyası Gənc İş Adamları toplantısının ikinci günü öz işini davam etdirib.

Tədbirdə Küçükçəkməçi Bəldiyyəsinin təşkilatçılığı ilə keçirilən bölmədə Sinop İşadamları Dərnəyi Başkanı, Yaşılvadə Arsa Ofisinin İdarə Heyətinin sədri Rafət Orhan, TOSYÖV Ayfon Bakanı və Hollandiya Türk Ticarət Odası başkan köməkçisi İhsan Bəşər, Fildişi Sahili Türk Ticarət Odası başkan köməkçisi Sonər Ərdoğan, İnanlar İnşaat Yönətim Kurulu başkanı Sərdar İnan çıxış ediblər. Onlar Türk Dünyasının iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb və inteqrasiyanın daha da sürətləndirilməsinin vacibliyini qeyd ediblər. Çıxışlardan sonra bölüm öz işini panel şəklində davam etdirib. “Türk dünyasında iqtisadiyyat sahəsində iş birliyi perespektivləri” mövzusunda keçirilən konfrans Qazaxıstanın Beynəlxalq Biznes Akademiyası, Doktorantura Proqramları Departamentinin sədri, doktor Gülzanat Tayauovanın moderatorluğu ilə davam edib.

Seminar iştirakçılarının xüsusi marağına səbəb olan tədbirdə Azərbaycan və Türkiyənin iş və elm adamlarının məruzələri dinlənilib. Məruzələrdə Türk Cümhuriyyətləri arasında xarici ticarət yatırımları, onların gələcək perspektivləri , dövriyyəsi və həcmi, iqtisadi layihələr, o cümlədən Traceca, TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətləri, SOCAR tərəfindən həyata keçirilən layihələrə toxunulub, konkret rəqəmlərə müraciət edilib. Sonra çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Gültəkin ƏLƏSGƏR  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU