Modern.az

Ermənistanın 900-dək maşını “Yuxarı Lars”da qalıb

Ermənistanın 900-dək maşını “Yuxarı Lars”da qalıb

29 İyul 2024, 13:44

Hazırda “Yuxarı Lars” keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyən yük maşınlarının növbəsində 2,7 mindən çox nəqliyyat vasitəsi var.

Modern.az xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzi məlumat yayıb.

İyulun 29-u səhər saatlarına olan məlumata görə, gediş-gəliş üçün elektron növbədə 2734 yük avtomobili qeydə alınıb. Onlardan 847-nin Ermənistan nömrə nişanı var.

Xatırladaq ki, iyulun 26-da sel səbəbindən “Yuxarı Lars” keçid məntəqəsi ilə avtomobillərin hərəkəti bir neçə saat müddətinə qadağan edilmişdi;

“Yuxarı Lars” keçid məntəqəsi Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu