Modern.az

'Böyük İpək Yolu'' Qırğızıstan-Azərbaycan gənclərinin forumunda iştirak edib

'Böyük İpək Yolu'' Qırğızıstan-Azərbaycan gənclərinin forumunda iştirak edib

27 Noyabr 2013, 16:12

'Böyük İpək Yolu' Beynəlxalq Gənclər İttifaqı  Qırğızıstan - Azərbaycan gənclərinin 2-ci forumunda iştirak edib. Bu barədə məlumat qurumun mətbuat xidmətindən verilib. Forum Qızğızıstanın paytaxtı Bişkek şəhərində keçirilib.

Tədbirin açılşı mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Qırğızıstanın gənclər və turizm naziri Aliasbek Alimkulov, Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov, Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev çıxış edərək  iki ölkə arasında inkişaf edən əlaqələrdən və bu əlaqələrin gənclər siyasətində önəmindən bəhs ediblər. Forumda müzakirələr üç işçi qrup üzrə- hökumət, qeyri-hökumət təşkilatları və tələbə təşkilatları arasında gələcək fəaliyyət istiqamətləri və ortaq layihələr haqqında  aparılıb.

Toplantıda gənclərin fəaliyyətini əks etdirən təqdimatlar hazırlanıb. Forumun  sonunda ortaq bəyənat qəbul edilib. Forumda 'Böyük İpək Yolu' Beynəlxalq Gənclər İttifaqını katibliyin nümayəndəsi Aytən Əliyeva təmsil edib. 



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU