Modern.az

“Eldar Namazovun sözlərində qəbahət yoxdur” - Milli Şuranın AXCP-dən olan üzvü

“Eldar Namazovun sözlərində qəbahət yoxdur” - Milli Şuranın AXCP-dən olan üzvü

27 Noyabr 2013, 16:41

“Milli Şuranın sessiyasında hansı məsələlərin müzakirə olunacağından xəbərsizəm. Amma deyim ki, seçki məsələləri müzakirə olunub. Ötən sessiyada seçki ilə bağlı məsələlərə qiymət verilib”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın üzvü Gözəl Bayramlı deyib. O, Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazovun seçki qərargahı ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib ki, Milli Şuranın sessiyasında seçki ilə bağlı məsələlər gündəlikdə olsa, müzakirə oluna bilər: “Burada elə də ciddi problem görmürəm. Eldar Namazovun dediklərində bir qəbahət yoxdur. Milli Şura seçki ilə bağlı məsələlərə yenidən baxa bilər”.

Şuranın digər üzvü Vidadi Mirkamal da sessiyada seçki qərargahının fəaliyyətinə baxılmasını istisna etmir: “Seçki və seçkidən sonrakı dövr üçün bu məsələlər toxunulmalıdır. Bunları müzakirə etdikdən sonra yeni dövrə uyğun struktur müəyyən olunmalıdır”.

Xatırladaq ki, Eldar Namazov mətbuata açıqlamasında deyib ki, Milli Şuranın seçki qərargahının fəaliyyətinə qiymət verilməlidir: “Seçki kampaniyası dövründə idarəçilikdə ikitirəlik yaranmasın deyə, bütün məsuliyyət seçki qərargahının üzərinə düşdü. Milli Şuranın digər strukturları seçki qərargahının müəyyənləşdirdiyi strategiya və taktikaya uyğun hərəkət etdilər. Bu, kimin namizəd olmasından asılı olmayaraq, əvvəldən razılaşdırılmış qayda idi. Ancaq indi seçki kampaniyası qurtarandan sonra təbii ki, seçki qərargahının da fəaliyyətinə biz qiymət verib daimi fəaliyyət göstərən strukturların formalaşmasını sona çatdırmalıyıq”.

 

İlkin PİRƏLİ 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU