Rusiyanın Volqoqrad vilayətində sərnişin qatarı relsdən çıxıb.
Modern.az xəbər verir ki, TASS bu barədə operativ xidmətlərə istinadən məlumat yayıb.
Kazan-Adler qatarının 8 vaqonu aşıb. İlkin məlumatlara görə, 10 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk bildirib ki, qəzaya səbəb keçidə çıxmış “KAMAZ” markalı yük maşını olub. O əlavə edib ki, yük maşını sürücüsü xəstəxanaya yerləşdirilib.