Modern.az

Nazirlikdən əhaliyə müraciət: “Aztəminatlı olmayan, lakin ünvanlı yardım alan şəxslər barədə bizə xəbər verin”

Nazirlikdən əhaliyə müraciət: “Aztəminatlı olmayan, lakin ünvanlı yardım alan şəxslər barədə bizə xəbər verin”

27 Noyabr 2013, 17:07

Noyabrın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev KİV nümayəndələri üçün brifinq keçirib. Brifinqdə məqsəd hazırda ünvanlı dövlət sosial yardımı alan vətəndaşların həqiqətən aztəminatlı olub-olmamalarının müəyyənləşdirilməsi işlərində vətəndaşların fəal olmaları üçün KİV vasitəsilə əhaliyə müraciət edilməsi olub.

Çingiz Əliyev ünvanlı dövlət sosial yardımlarının özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan vətəndaşlar üçün nəzərdə tutulduğunu qeyd edərək, bu sahədə şəffaflığın və ünvanlılığın təminatının möhtərəm dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, son vaxtlarda bu istiqamətdə atılan addımlardan biri kimi, ünvanlı dövlət sosial yardımları təyin olunmuş vətəndaşların adlı siyahıları  Nazirliyin www.mlspp.gov.az adlı rəsmi saytının üz (1-ci səhifəsində) və rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin inzibati binalarının məlumat lövhələrində yerləşdirilib. Artıq hər bir vətəndaş yaşadığı ərazi üzrə kimlərin ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edə bilər.

Vətəndaşlardan xahiş olunur ki, qeyd edilən siyahılarla tanış olaraq, aztəminatlı olmayan, lakin ünvanlı yardım təyin olunmuş  ailələrlə bağlı nazirliyin [email protected] elektron poçtuna,  142 - Qaynar xəttinə, yaxud (012) 595 53 81, (012) 595 04 28 və (012) 595 04 26 nömrəli telefonlarla məlumat versinlər. Belə məlumatlar ünvanlı dövlət sosial yardımlarının təyinatı işində ünvanlılığın və şəffaflığın təmin olunması sahəsində nazirlik tərəfindən aparılan işlərə öz töhfəsini verəcəkdir.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU