Modern.az

Pezeşkian onu Prezident Aparatının rəhbəri təyin etdi

Pezeşkian onu Prezident Aparatının rəhbəri təyin etdi

Dünya

29 İyul 2024, 17:00

İranın yeni prezidenti Məsud Pezeşkian Muhsin Hacımirzaini Prezident Aparatının rəhbəri təyin edib.


Modern.az xəbər verir ki, “Mehr” agentliyinnin məlumatına görə, Muhsin Hacımirzai İranın 12-ci hökumətində təhsil naziri və eyni zamanda Hökumət Şurasının katibi vəzifələrində çalışıb.

Qeyd edək ki, Pezeşian dünən Məhəmməd Rza Arefi vitse-prezident təyin etmişdi.

İranın yeni prezidenti Məsud Pezeşkian bazar günü İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin fərmanı ilə rəsmən vəzifəsinin icrasına başlayıb. O, iyulun 30-da parlamentdə prezident kimi and içəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu