Modern.az

BMT baş katibi Məsud Pezeşkiana məktub YAZDI

BMT baş katibi Məsud Pezeşkiana məktub YAZDI

Dünya

30 İyul 2024, 09:44

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İranın yeni prezidenti Məsud Pezeşkianı təbrik edib.

Modern.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Məsud Pezeşkiana göndərdiyi mesajda onu İran prezidenti seçilməsi münasibətilə təbrik edib və İranın yeni hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirib.

İranın bölgədəki mühüm roluna işarə edən Quterreş İranı regional böhranların həllində və region və onun hüdudlarından kənarda təhlükə yarada biləcək yeni münaqişələrin qarşısının alınmasında rol oynamağa çağırıb.

Quterreş həmçinin BMT-nin davamlı inkişaf məqsədlərinə çatmaq üçün İran İslam Respublikasının səylərini davamlı dəstəkləmək öhdəliyini vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Quterreş Pezeşkiana yeni vəzifəsində uğurlar arzulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu