Modern.az

Bu gün 6 idmançımız və 1 milli komandamız Paris Olimpiadasında yarışacaq

Bu gün 6 idmançımız və 1 milli komandamız Paris Olimpiadasında yarışacaq

30 İyul 2024, 10:00

Paris Olimpiadasının 4-cü günündə - bu gün Azərbaycanın 6 idmançısı  və 1 milli komandası mübarizəyə qoşulacaq.

Modern.az xəbər verir ki, akademik avarçəkmə (fərdi) yarışlarında Azərbaycan təmsilçisi Diana Dımçenko 1/4 finalda qüvvəsini sınayacaq. O, isveçrəli Yanzen Aurelia-Maksima Katalinaya, yeni zelandiyalı Tviqq Emmaya, ispaniyalı Dias Rivas Vircinaya, serbiyalı Arsik Covanaya və Filippinli Delqaso Joaniyə qarşı yarışacaq. Avarçəkmə yarışları saat 11:30-da başlanır.
 

Cüdoda 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Zelim Tçkayev yarışlara 1/8 finaldan qoşulacaq. Hələlik onun rəqibi bəlli deyil. Cüdo yarışları saat 12:00-da başlanır.
 

Üzgüçülükdə Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində mübarizə aparacaq. Üzgüçülük yarışları saat 13:00-da başlanır.
 

Boks yarışlarında Nicat Hüseynovun (51 kq) 1/16 finaldakı rəqibi Dominikan boksçusu Junior Alkantara Reyes olacaq. Döyüş saat 17:30-da başlayacaq.
 

Digər boksçumuz Murad Allahverdiyev (80 kq) də mübarizəyə 1/16 finaldan qoşulacaq. O, bu mərhələdə misirli Abdelrahman Abdelcavvadla döyüşəcək. Yarış saat 18:34-də başlayacaq.Kamandan oxatma yarışlarında Yaylagül Ramazanova 1/32 finalda çinli An Qixuanla görüşəcək. An Qixuan artıq Paris-2024-də komanda yarışlarında gümüş medal qazanıb. Görüşün saat 20:11-də başlayacaaq.

Günün sonunda Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol milli komandası da meydana çıxacaq. Belə ki, komandamız ilk mərhələdə İspaniya yığması ilə görüşəcək. Matç saat 23:00-da başlanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI