Modern.az

Venesuelada İĞTİŞAŞLAR

Venesuelada İĞTİŞAŞLAR

Dünya

30 İyul 2024, 10:24

Venesuelada Nikolas Maduronun prezident seçkilərində qalib gəldiyi elan edildikdən sonra qarşıdurma baş verib.

 

Modern.az xəbər verir ki, polis gözyaşardıcı qazdan istifadə edib.

 

Hazırkı prezident Nikolas Maduronun prezident seçkilərində qalib gəldiyi elan edildikdən sonra Venesuela şəhərlərində kütləvi etiraz aksiyaları başlayıb. Maduronun minlərlə əleyhdarı iyulun 29-da ölkə boyu Karakas və Milli Seçki Bürolarının (CNE) ofisləri qarşısında küçələrə çıxıb. Polis və hərbçilərlə qarşıdurma başlayıb.

 

Venesuelanın paytaxtı Karakasda polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Lakin minlərlə etirazçı prezident sarayına piyada irəliləyib.

 

Karakasın küçələrində avtomobillər, təkərlər və zibillər yandırılıb. Etirazçılarla silahlı polis arasında toqquşma baş verib. Prezident sarayında nümayişçiləri təhlükəsizlik qüvvələri qarşılayıb və onlara plastik güllələr və gözyaşardıcı qaz qumbaraları ilə atəş açmağa başlayıblar.

 

Falkon əyalətinin paytaxtı Koroda etirazçılar Maduronun siyasi müəllimi, mərhum prezident Uqo Çavesin təsviri olan heykəlini yıxıblar. Bundan əvvəl Karakas və başqa yerlərdəki seçki məntəqələrində müxalifət tərəfdarları ilə Maduro arasında toqquşmalar baş verib.

 

Venesuelada iğtişaşlar zamanı 23 əsgər yaralanıb, onlardan bəziləri güllə yarası alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu