Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində Dənizkənarı Milli Parkın yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.
Sərəncama əsasən bulvarda aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 10 (on) milyon manat ayrılması nəzərdə tutulur.
Modern.az