Modern.az

Zakir Həsənov şimal bölgəsindəki hərbi hissələrə gedib - FOTOLAR

Zakir Həsənov şimal bölgəsindəki hərbi hissələrə gedib - FOTOLAR

27 Noyabr 2013, 19:39

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov şimal bölgəsində yerləşən hərbi hissələrə səfər ediblər.

Müdafiə Nazirliyinin rəsmi saytında yayımlanan məlumata görə rəhbərlik nümayəndələri hərbi hissənin ərazisindəki Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq,  ehtiramlarını ifadə ediblər.

Sonra hərbi hissədəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana və məişət kompleksinə baş çəkilib, mövcud vəziyyətlə tanış olunub, əsgər və zabitlərlə görüşlər keçirilib. Bölmələrin döyüş qabiliyyəti, əsgərlərin mənəvi-psixoloji durumu və onların sosial şəraiti, zabit və gizir heyətinin hazırlıq səviyyəsi, hərbi birləşmələrin maddi-texniki təchizatının vəziyyəti öyrənilib.

Müdafiə naziri döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması, o cümlədən hərbi hissələrin ərazisində aparılan quruculuq işlərinin davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU