Modern.az

Prezident qanunsuz qeysəriyyə ilə bağlı dəyişikliyi təsdiq etdi

Prezident qanunsuz qeysəriyyə ilə bağlı dəyişikliyi təsdiq etdi

27 Noyabr 2013, 20:52

Azərbaycan prezidenti İlham Əliyev qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiq edib. Dəyişikliyə əsasən Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılır.

Qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar

Qeyd edək ki, dəyişikliyə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunacaqlar.

Məlumat üçün bildirək ki, 2012-ci il üçün rəsmi statistik məlumata görə, Azərbaycanda qeysəriyyə əməliyyatı nəticəsində 14% oğlan, 46% qız uşağı götürülüb. Belə ki, ötən il ölkə üzrə 173 min doğuş reallaşıb ki, bunun da 18 faizi qeysəriyyə əməliyyatı ilə baş tutub. Məlumatlara görə, özəl klinikalarda qeysər əməliyyatı 1000-1500 AZN, təbii doğuş isə 1000-1200 manata həyata keçirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU